Dünyanın ən məşhur "cırtdanı" vəfat edib - VİDEO

© AFP 2023 / Valery HacheVerne Troyer
Verne Troyer - Sputnik Azərbaycan
Abunə olmaq
Vern Troyerin boyunun uzunluğu cəmi 80 santimetr olub

BAKI, 22 aprel — Sputnik. Dünyanın ən məşhur "cırtdanı" adlandırılan aktyor Vern Troyer vəfat edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Ostin Pauers və Harri Potter barədə filmlərin ulduzu olan aktyor 50 yaşında dünyasını dəyişib.

Ona ən böyük məşhurluğu "Ostin Pauers: Məni yoldan çıxaran Casus" və "Ostin Pauers: Qoldmember" filmlərindəki Mini-Me rolu gətirib. Bundan əlavə, aktyor "Harri Potter və fəlsəfə daşı" filmində qoblin rolu ilə də məşhurdur.

Hələlik Troyerin hansı səbəbdən vəfat etdiyi bilinmir. Amma bundan əvvəl onun xəstəliyi ilə bağlı xəstəxanaya düşdüyü və həyatının süni aparat vasitəsilə tənzimləndiyi xəbər verilmişdi. Troyer xəstəxanaya alkoqolizm səbəbindən düşmüşdü.

Vern Troyerin boyunun uzunluğu cəmi 80 santimetr olub. O, aktyor, kaskadyor və stəndap-komik kimi uğur qazanıb.

Xəbər lenti
0