Din xadimi qumarda 500 min avro uduzdu

© pixabay / Alexas_Fotos / EuroAvro
Avro - Sputnik Azərbaycan
Abunə olmaq
Qumar aludəçisi rahib haqqında cinayət işi açıldıqdan sonra kilsə rəhbərliyi uzaqlaşdırma qərarının səbəbini açıqlayıb

BAKI, 21 aprel — Sputnik. İtaliyada Venesiya şəhərində rahib kilsədən 500 min avro oğurlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı ildə rahib Don Flavio Gobbo "istirahətə ehtiyacı olduğu" bəhanəsilə işindən uzaqlaşıb. Rahibin işdən uzaqlaşmasının səbəbi isə hadisədən 2 il sonra üzə çıxıb.

Məlum olub ki, o, Gobbo kilsənin kassasından 500 min avro oğurlayaraq qumarda uduzub. Kilsə rəhbərliyi isə heç kimə bildirmədən rahibin "qumar asılığından" müalicə almasına kömək edib. Qumar aludəçisi rahib haqqında cinayət işi açıldıqdan sonra kilsə rəhbərliyi uzaqlaşdırma qərarının səbəbini açıqlayıb.

Kilsədən verilən açıqlamada hazırda rahibin müalicə aldığı, sağaldıqdan sonra işinə geri dönəcəyi bildirilib. Gobbo ili həbs cəzası almaqla yanaşı, oğurladığı pulları da hissə-hissə geri qaytaracaq.

Xəbər lenti
0