Dünyanın ən nüfuzlu şəxsləri məlum oldu

© REUTERS / Chris HelgrenTime jurnalı
Time jurnalı - Sputnik Azərbaycan
Abunə olmaq
"Time" jurnalı ilk dəfə 1999-cu ildə dünyanın " 100 nüfuzlu şəxsinin" siyahısını da yayımlayıb

BAKI, 20 aprel — Sputnik. "Time" jurnalı 2018-ci ilin 100 nüfuzlu insanının siyahısını tərtib edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu dəfə Rusiyadan heç kim o siyahıya düşə bilməyib. Siyahı jurnalın internet saytından yayımlanıb.

Nüfuzlu jurnalın "Liderlər" kateqoriyasında ABŞ prezidneti Donald Tramp, Britaniya şahzadəsi Harri və onun nişanlısı amerikalı aktrisa Meqan Markl, Fransa prezidneti Emanuel Makron, Kanadanın baş naziri Castin Trüdo, Şimali Koreya lideri Kim Çen In da var.

2014-2017-ci illərdə jurnalın siyahısında Rusiya prezindeti Vladimir Putin olsa da, bu il o, siyahıya daxil edilməyib. 

Глава Amazon.com Джефф Безос - Sputnik Azərbaycan
Dünyada indiyədək mövcud olmuş ən varlı adamın adı açıqlandı

İdmançılar, iş adamları, mədəniyyət xadimləri "Artistlər", "İkonalar" və "Titanlar" kateqoriyasında yer alıb.

Jurnalın versiyasına görə, bu il bu nominasiyaya aktrisa Nikol Kidman, rejissor Gilermo del Toro, teleaparıcı Cimmi Kimmel, müğənni Rihanna və Cenifer Lopes layiq görülüb.

"Time" jurnalı ilk dəfə 1999-cu ildə dünyanın "100 nüfuzlu şəxsi"nin siyahısını yayımlayıb.

Jurnalın nümayəndələrinin fikrincə, siyahı dünyanın vəziyyətinə təsir göstərə bilən insanları əhatə edib. Bu siyahıya müxtəlif təşkilatlar, birliklər və kollektivlər də daxildir. Dünyanın ən nüfuzlu şəxsləri olan sihayı oxucuların fikirləri ilə fərqli də ola bilər.

Xəbər lenti
0