İranla daha bir ölkə müharibə etmək istəyir

© AFP 2023 / ATTA KENAREВид на Тегеран, столицу Ирана, фото из архива
Вид на Тегеран, столицу Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin baş naziri Netanyahunun sabiq müşaviri, təqaüddə olan general Yaakov Amidror İranın Suriyada hərbi infrastruktur qurmağa davam etməsi vəziyyətində bu ölkə ilə müharibənin qaçılmaz olduğunu deyib

BAKI, 20 aprel — Sputnik. İsrailin baş naziri Netanyahunun sabiq müşaviri, təqaüddə olan general Yaakov Amidror İranın Suriyada hərbi infrastruktur qurmağa davam etməsi vəziyyətində bu ölkə ilə müharibənin qaçılmaz olduğunu deyib.

Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, Amidror İranın Hizbullahı dəstəkləyərək Livanda gücünü artırdığı kimi, Suriyada da gücünü artırmasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, İsrailin İranla üz-üzə gəlməsi qaçınılmazdır.

İranın Suriyada gücünü artırmasına heç vaxt imkan verməyəcəklərini bildirən Amidror İranla müharibənin çox mürəkkəb olacağını, hər iki tərəfdən də çoxlu sayda itkilərin olacağını söyləyib.

İranın İsrailə pilotsuz uçuş aparatı göndərdiyini vurğulayan Amidror deyib: "Bunun mənası nədir? İran ən yaxşı döyüş vasitələrini Suriyaya daşıyır. Bu, kreslosunda güclü bir şəkildə oturan Əsədi müdafiə etmək üçün edilmir".

Amidror İsrail rəhbərliyinə də ehtiyatlı olması barədə xəbərdarlıq edib.

Xəbər lenti
0