Ara pisləşən kimi verdiyi bütün qızılları geri aldı

© AFP 2023 / JOE KLAMARСлитки золота, фото из архива
Слитки золота, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dan çıxarlan qızılın bir hissəsi Türkiyəyə qaytarılıb, bir hissəsi isə İngiltərə və İsveçrə banklarına köçürülüb

BAKI, 20 aprel — Sputnik. Türkiyə ABŞ-da olan öz ehtiyat qızılını geri götürüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 2017-ci ildə Trükiyə Mərkəzi Bankı Vaşinqtonla münasibətlərin pisləşdiyinə görə, ABŞ-da olan bütün ehtiyat qızılını götürüb.

ABŞ-da 28,7 tona yaxın Türkiyəyə məxsus qiymətli metallar saxlanılırmış. ABŞ-dan çıxarılan qızılın bir hissəsi Türkiyəyə qaytarılıb, bir hissəsi isə İngiltərə və İsveçrə banklarına köçürülüb.

Türkiyə Mərkəzi Bankının hesabatına görə, 2016-cı ildə bankda 28 min 689 kiloqram qızıl olub. Ölkənin ümumi qızıl ehtiyatı 564, 6 ton və yaxud 20 milyard dollardır.

Xəbər lenti
0