Katolikos: Ermənistandakı mitinqlər üsyanın əlamətidir

© Sputnik / Asatur YesayantsКатоликос Киликийский Арам I
Католикос Киликийский Арам I - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni kilsə xadimi: "Erməni qanının müqəddəs erməni torpağına tökülməsini bağışlamayacağıq"

BAKI, 20 aprel — Sputnik. Erməni xalqının problemləri birlikdə müzakirə edilməlidir və bütün bunlar Ermənistan prezidentinin himayəsi altında həll olunmalıdır.

Bu sözləri Kilikiya katolikosu I Aram Cilicia TV-yə verdiyi müsahibədə bildirib. Katolikosun sözlərinə görə, bütün bunlar qarşılıqlı anlaşma şəraitində yoluna qoyulmalıdır.

"Hazırda Ermənistan narahatdır. Və biz hamımız da bundan narahatıq. Ermənistanın çiçəklənməsi və güclənməsi bizim qarşımızda duran vəzifə və borcdur. Erməni xalqının qayğıları bizim qayğılarımızdır. Ona görə də biz xalqımızın problemlərinə biganə qala bilmərik" — deyə I Aram bildirib.

O qeyd edib ki, bu gün Yerevan küçələrində baş verənlərə biganə qalmaq olmaz. Katolikosun sözlərinə görə, yalnız xalq güc və əbədiyyətə zəmanət verə bilər. 

Серж Саргсян - Sputnik Azərbaycan
Parlament Serj Sarqsyanın taleyini həll etdi

"Bu xalq isə biz hamımızıq: istər prezident, yaxud baş nazir olsun, istər kilsə xadimi və kilsə xadimi olmayan olsun, istərsə də tələbə və adi adam" — deyə katolikos bildirib.

I Aram, həmçinin bildirib ki, bütün ermənilərin ana vətənə bağlı olduğunu düşünür. Onun sözlərinə görə, dövlət xadimləri onları seçən insanlar qarşısında məsuliyyət daşıyırlar.

Erməni Apostol kilsəsinin Kilikiya katolikosluğunun başçısı əmindir ki, xalq ölkədə baş verənləri izləməyə məhkumdur. Eyni zamanda zərurət olduğu halda xalqın öz narazılığını sivil şəkildə ifadə etmək hüququ var.

Katolikosun sözlərinə görə, son günlər Ermənistanda baş verən mitinqlər üsyanın əlamətidir. 

Серж Саргсян - Sputnik Azərbaycan
Sarqsyan etirazçılara haqq qazandırdı: Ölkədə həyat səviyyəsi çox aşağıdır

"Üsyanın səbəbi nə olursa olsun, ermənilərin qanının müqəddəs erməni torpağına tökülməsi bağışlanmazdır" — deyə I Aram bildirib.

I Aram bu gün Ermənistana gəlib və elə bu gün də Antiliasa (Livan) qayıdacaq. Bəzi mənbələr erməni kilsə xadiminin Ermənistanda baş verənlərin səbəblərini öyrənmək və problemin həllinə yardım etmək məqsədilə səfər etdiyini bildirib. Erməni kilsəsinin baş verənlərlə əlaqədar kimin tərəfini tutacağı I Aramın mövqeyindən də xeyli dərəcədə asılıdır.

Xəbər lenti
0