Dünyanın ən yaşlı canisi edam edildi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidABŞ bayrağı. Arxiv şəkli
ABŞ bayrağı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib

BAKI, 20 aprel — Sputnik. ABŞ-ın Alabama ştatında 83 yaşlı cinayətkar edam edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cinayətkar Uolter Mudi 1989-cu ildə hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib.

İstintaq sübut edib ki, cinayətkar həmin şəxslərə poçt vasitəsilə bomba göndərib. Ancaq cinayətkar sona qədər bu ittihamı təkzib edib.

© Photo : Alabama Department of Corrections/Handout via REUTERSCinayətkar Uolter Mudi
Cinayətkar Uolter Mudi - Sputnik Azərbaycan
Cinayətkar Uolter Mudi

Martın 21-də Uolter Mudinin barəsində damarına iynə ilə azot yeritməklə edam qərarı verilib. Dünən qərar icra olunub.

Qeyd edək ki, Uolter Mudidən öncə 2005–ci ildə Missisipi ştatında 77 yaşlı cinayətkar edam edilmişdi.

Xəbər lenti
0