20:13 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
198 0 0

O, hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib

BAKI, 20 aprel — Sputnik. ABŞ-ın Alabama ştatında 83 yaşlı cinayətkar edam edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cinayətkar Uolter Mudi 1989-cu ildə hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib.

İstintaq sübut edib ki, cinayətkar həmin şəxslərə poçt vasitəsilə bomba göndərib. Ancaq cinayətkar sona qədər bu ittihamı təkzib edib.

Cinayətkar Uolter Mudi
© Photo : Alabama Department of Corrections/Handout via REUTERS
Cinayətkar Uolter Mudi

Martın 21-də Uolter Mudinin barəsində damarına iynə ilə azot yeritməklə edam qərarı verilib. Dünən qərar icra olunub.

Qeyd edək ki, Uolter Mudidən öncə 2005–ci ildə Missisipi ştatında 77 yaşlı cinayətkar edam edilmişdi.

Əlaqədar

İraqda edam edilənlər azərbaycanlıdırmı
Qonşumuzda iki cadugər edam edildi
İsraildən inanılmaz qərar: ancaq fələstinlilər üçün edam cəzası çıxarılacaq
ABŞ-ın "edam kötüyünə" çıxardığı prezidentin bircə yolu qalıb
Teqlər:
Uolter Mudi, Alabama ştatı, cinayətkar, edam, ABŞ

Əsas mövzular