15:42 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
726 0 0

Parlament baş nazir Sapar İsakovun koalisiya hökumətinə etimadsızlıq göstərib

BAKI, 19 aprel — Sputnik. Qırğızıstan parlamenti hökuməti buraxıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Qırğızıstanda parlament baş nazir Sapar İsakovun koalisiya hökumətinə etimadsızlıq göstərib.

Parlamentdəki müxalif partiyanın deputatı Jırgalbek Turuskulov parlamentdə etimad səsverməsinin keçirilməsini tələb edib. O bildirib ki, 5 partiyadan 3-ü hökumətin 2017-ci il üçün hesabatını uğursuz hesab edib.

Qırğızıstan parlamentinin günortadan sonra yeni koalisiya danışıqları üçün toplanması gözlənilir.

Keçmiş prezidenti Almazbek Atambayevin dəstəyi ilə baş nazir kreslosuna oturan 40 yaşlı İsakov kabinetin iqtisadiyyatdakı uğursuzluğu səbəbindən tənqid edilirdi. O, ölkənin 26 illik müstəqillik tarixində 28-ci baş naziridir.

Əlaqədar

Yerevanda Hökumət Evində toqquşmalar gedir
Hökumətdən paytaxtdakı təmizliyə dair vacib qərar
Ermənistan hökuməti istefa verdi
Hökumətdən yollarla bağlı vacib qərar
Hökumət daha bir qurumu ləğv etdi
Teqlər:
Sapar İsakov, Qırğızıstan, parlament, baş nazir, hökumət

Əsas mövzular