Ərəb ordusu gəlirmi? – ABŞ müəmmanı çözmədi...

© AP Photo / Mosa'ab ElshamyВоеннослужащие Саудовской Аравии. Архивное фото
Военнослужащие Саудовской Аравии. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada bu iddia təkzib edilməyib

BAKI, 18 aprel — Sputnik. Suriyada ərəb ölkələri ordusunun yerləşdirilməsi ilə bağlı iddialara ABŞ-dan münasibət gəlib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, "The Wall Street Journal" qəzeti ABŞ prezidenti Donald Trampın ərəb ölkələrinin əsgərlərindən ibarət ordunu Suriyaya gətirmək istədiyini yazmışdı. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada bu iddia təkzib edilməyib.

Pentaqon sözçüsü Erik Pahon iddia ilə bağlı diplomatik danışıqların detallarını aydınlıq gətirməyib. O bildirib ki, Tramp Suriyanın sabit və dinc bir yer olması üçün ABŞ-ın regionda tərəfdaşları, o cümlədən müttəfiqlərinin daha çox töhfə vermək istədiyini açıqlayıb. Gələcək planlar ilə bağlı müttəfiq və tərəfdaşlarla danışıqlar davam etdiriləcək. Pahon region və regiondan kənar ölkələrin BMT ilə Suriyada sülhü təmin etmək üçün çalışmalarını gözlədiklərini söyləyib.

Səudiyyə əsgərləri - Sputnik Azərbaycan
Daha bir ölkə Suriyaya ordu yeridə bilər

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon məsələ ilə bağlı hələlik danışmaq istəmədiyini deyib: "Qərarı verilməmiş bir şey üzərində spekulyasiya etməyəcəyəm. Səudiyyə Ərəbistanı koalisiyanın dəyərli bir üzvüdür və İŞİD ilə mübarizədə töhfəsini verib".

Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ABŞ-ın Suriyada 2 min əsgəri var. "The Wall Street Journal" ABŞ prezidenti Donald Trampın ərəb ölkələrinin əsgərlərindən ibarət ordunu Suriyaya gətirmək istədiyini yazmışdı.

Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ilk öncə Misirin kəşfiyyat qurumunun rəhbəri Abbas Kamellə əlaqə saxlayaraq bu məsələni təklif etdiyi iddia edilmişdi.

Xəbər lenti
0