CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kriminal tarixdə bir ilk: Barmaq izlərini sosial şəbəkədən götürdülər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidWhatsApp
WhatsApp - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Uels polisi Deiv Tomasın sözlərinə görə, WhatsApp şəkilindən barmaq izi götürmə bir ilkdir

BAKI, 18 aprel — Sputnik. Cənubi Uels polisi WhatsApp vasitəsilə 11 nəfərin narkotik satıcısı olduğunu sübut edə bilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 2017-ci ilin avqustunda Bricenddə reyd zamanı böyük ölçüdə kokain və marixuana ələ keçirilib. Bununla yanaşı araşdırma zamanı polis müxtəlif şəkillərin olduğu telefon tapıb. Şəkildə ovuc içində ekstazi göstərilirdi. Şəkildən narkotiklərin satışı üçün reklam kimi istifadə edilirdi.

Qurğuda fotonun əməliyyatlar üçün istifadə edildiyini göstərən mesaj da aşkarlanmışdı. Ekspertlər şəkildən barmaq izlərini götürə bilib və bu izlər narkotik alveri ilə məşğul olan şəbəkəni aşkar etməyə kömək edib.

Cənubi Uels polis əməkdaşı Deyv Tomasın sözlərinə görə, WhatsApp şəklindən barmaq izi götürmə bir ilkdir.

Onun sözlərinə görə,bu sosial şəbəkələrdə olan şəkillərin sübut kimi istifadə edilə biləcəyinin göstəricisidir. "Bu uşaqlar (dilerlər) tutulmamaq üçün texnologiyadan istifadə edirlər və biz də onların üsulundan istifadə etməliyik" — deyə o bildirib.

Xəbər lenti
0