Suriyaya yeni zərbələr endirilib

Abunə olmaq
Şayrat bazasına atılan 10 raketin hamısı vurulub

BAKI, 17 aprel — Sputnik. Suriyanın Şayrat aviabazasına yenə raket zərbələri endirilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bütün raketlər Homs rayonunda Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Şayrat bazasına 10 raket atılıb. Onların hamısı aviabazaya çatmamış havadaca vurulub.

Hələlik zərbəni hansı ölkənin endirdiyi dəqiq məlum deyil. ABŞ Şayrat bazasına hücumda iştirakını təkzib edib. Bəzi məlumatlara görə, hərbi zərbəni İsrail Hərbi Hava Qüvvələri endirib.

Xəbər lenti
0