ABŞ əməliyyatı bitirib, lakin Türkiyə davamını tələb edir

© Sputnik / Murad OrujovГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumu ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib

BAKI, 14 aprel — Sputnik. ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumu ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, nazir bu müdaxilənin çoxdan edilməli olduğunu söyləyib: "Bu, kimyəvi silahdan istifadə etmiş bir rejimə qarşı əməliyyatdır. Bütün razılaşmalara baxmayaraq, rejim Şərqi Qutada dinc insanları öldürdü. Siyasi prosesə başlamağımız, Suriyanı bu rejimdən xilas etməyimiz lazımdır".

Nazir bildirib ki, burada Suriya xalqına və Suriyaya qarşı müdaxilə olsa, biz buna qarşı çıxarıq. Bu, kimyəvi silah istifadə edən bir rejimə qarşı müdaxilədir.

Xəbər lenti
0