İlin ən yaxşı “faciə” fotosu elan edilib – FOTO

© AFP 2023 / RONALDO SCHEMIDT Karakas sakini alovlar içində küçə ilə qaçır
Karakas sakini alovlar içində küçə ilə qaçır - Sputnik Azərbaycan
Abunə olmaq
Foto Karakasda onlarla insanın xəsarət aldığı aksiyalar zamanı çəkilib

BAKI, 14 aprel — Sputnik.  İlin ən yaxşı fotosu elan edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, World Press Photo beynəlxalq müsabiqəsinin qalibləri məlum olub. Məlumata görə, ilin ən yaxşı şəkli venesuelalı fotoqraf Ronaldo Şemidtin işi olub. Bu barədə müsabiqənin saytında qeyd edilir.

© AFP 2023 / EMMANUEL DUNANDVenesuelalı fotoqraf Ronaldo Şemidt
Venesuelalı fotoqraf Ronaldo Şemidt - Sputnik Azərbaycan
Venesuelalı fotoqraf Ronaldo Şemidt

Fotoda Karakas sakini alovlar içində küçə ilə qaçır. Şəkil Karakasda onlarla insanın xəsarət aldığı aksiyalar zamanı çəkilib. Məlumata görə, 28 yaşlı kiçi etiraz aksiyası zamanı yanında yandırıcı maddənin partlaması nəticəsində alovlanıb. Fotoqraf təsiredici məqamı tuta bilib.

Ötən il münsiflər ilin ən yaxşı fotosu kimi Associated Press agentliyinin fotoqrafı Burhan Ozbiliçin fotosunu seçmişdi. Foto Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən şəxsin şəkli idi.

O vaxt bu seçim müsabiqədə iştirak edən bir çoxlarını narahat etmişdi. Çünki qatilin şəklinin yayımlanması insanlara fərqli təsir göstərə bilər.

Xəbər lenti
0