Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur futbolçunun qəlbləri riqqətə gətirəcək sirri açıldı

© REUTERS / Susana VeraKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
Kriştianu Ronaldu mütəmadi olaraq qan donorluğu etdiyi üçün döymə edərsə bunu edə bilməməsinə görə uzaq gəzir

BAKI, 14 aprel — Sputnik. Futbol dünyasında döymələri ilə məşhur olan Dani Alves, İbrahimoviç kimi futbolçulardan fərqli olaraq Kriştianu Ronaldu bədəninə döymə etməməsi ilə diqqəti çəkənlər sırasındadır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz idmançı mütəmadi olaraq qan donorluğu etdiyi üçün döymə etdirməkdən uzaq gəzir.

Ronaldu 2017-ci ildə iki dəfə qan verdiyi üçün sosial şəbəkələrdə müzakirə olunub, eyni zamanda komanda yoldaşı Karlos Martinin oğluna mütəmadi olaraq ilik donorluğu edir. O, donorluğu haqqında bunları deyib: "Martinsin oğlunun səhhəti haqqında hamımız məlumatlı idik. Bütün komanda olaraq ona kömək etməyə çalışırıq. Bir çox insan ilik verməyin çətin olduğunu düşünür. Amma bu qan verməkdən heç də fərqlənmir”.

Qeyd edək ki, döymə edən insanın qanına infeksiya düşmə riski çox olduğu üçün 1 il ərzində digər insana qan verə bilməz.

Xəbər lenti
0