01:48 23 Aprel 2018
Canlı yayım
2048 oyunu

FETÖ-çülər bunu da etdi

© Sputnik / Anar Mustafayev
DÜNYA
Qısa URL
111 0 0

Prokurorluq təşkilatın bəzi üzvlərinin mobil telefonlara yeni proqram yüklədiyini tapıb

BAKI, 14 aprel — Sputnik. İstanbul Respublika Prokurorluğu “Fetullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı aparılan istintaq çərçivəsində  təşkilatın bəzi üzvlərinin mobil telefonlara yüklənən və "2048 Fun and Relaxing Puzzle Game" oyunu kimi görünən yeni kriptoqrafik kommunikasiya proqramından istifadə etdiyini aşkarlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ-nün Dəniz Qüvvələrində qurulmasına və təşkilatın bəzi hərbçi üzvlərinə cavabdeh olan “Engin” kod adlı E.K.-dan götürülmüş rəqəmsal məlumatlarda mühüm tapıntı aşkar edilib.

Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016
© REUTERS / Charles Mostoller

Rəqəmsal sübutların araşdırılması nəticəsində, ByLock kimi çox şifrəli kommunikasiya proqramlarından istifadə edən təşkilat üzvlərinin yeni kommunikasiya proqramından istifadə etdikləri müəyyən edilib.

Prokurorluq təşkilatın bəzi üzvlərinin Andorid və OS əməliyyat sistemlərinin quraşdırıldığı mobil telefonlara yeni "2048 Fun and Relaxing Puzzle Game" kriptoqrafik kommunikasiya proqramını yüklədiyini tapıb.

Qeyd edək ki, E.K.-nin tutulana qədər ictimai məktəbdə müəllimlik etdiyi və ByLock istifadəçisi olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb.

Teqlər:
mobil telefon, "ByLock", FETÖ, proqram

Əsas mövzular