Avtobusun yük yerinə girdi, bir daha oradan çıxmadı

© Photo : DHAYakup Degirmenci
Yakup Degirmenci - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücünün hansı səbəbdən öldüyü tibbi ekspertizanın cavabından sonra bilinəcək

BAKI, 14 aprel — Sputnik. İstanbuldan Antaliyaya gedən avtobusun da faciə baş verib.

Sputnik Türkiyə xəbər verir ki, sürücü gecə yatmaq üçün avtobusun yük yerinə girib. Amma bir daha oradan çıxmayıb.

Gecə 04:30 radələrində sərnişinlər avtobusu tərk edəndən sonra sürücünün köməkçisi onu oyatmaq üçün yük yerinə baxıb. O, sürücü Yakup Degirmencini dəfələrlə oyatmağa çalışsa da, sonuncu hərəkətsiz qalıb. Sürücünün hərəkətsiz olduğunu görən köməkçi dərhal təcili yardıma zəng edib.

Həkimlər sürücünün öldüyünü təsdiqləyir. Amma onun hansı səbəbdən öldüyü tibbi ekspertizanın cavabından sonra bilinəcək.

Xəbər lenti
0