06:43 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Tramp və Putinlə nələr danışdığını açıqladı

© Foto : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS
DÜNYA
Qısa URL
139 0 0

Türkiyə prezident Ərdoğan Rusiya prezidenti Putin və ABŞ lideri Trampla telefon danışıqlarından söz açıb

BAKI, 13 aprel — Sputnik. “Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik”. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, ABŞ və Rusiya liderləri ilə Suriyada sülhün bərqərar olunması üçün nələr edə biləcəklərinə dair fikir mübadiləsi aparıblar: "Sülhün yaradılması ilə bölgədə yaşanan faciələrin sona çatacağına ümid etdiyimi bildirdim. Eyni zamanda, Duma və Şərqi Gutadadakı vəziyyətdən bəhs etdik. Məndə orada baş verən hadisələrin videoları var. Həmin videoları Vladimir Putinə göndərdim".

Ərdoğan bildirib ki, kimyəvi silahların tətbiqi fəlakətdir: "Ancaq başqa cür silahlarla qadınlar, uşaqlar öldürülür. Rusiya və koalisiya qüvvələrinin bütün bu məsələlərə həssas yanaşmalarını tələb etmişik və edirik. Son günlər bölgədə vəziyyət qismən sabitləşib".

"Bizim mübarizəmiz terrorçularla olan mübarizədir, qətiyyən işğalla əlaqəsi yoxdur bunun bütün dünyanın bilməsi lazımdır" – deyə o bildirib.

Teqlər:
Tramp, Putin, Suriya, Rəcəb Tayyib Ərdoğan, danışıq

Əsas mövzular