14:49 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Donald Tramp

Trampa qarşı yeni intim ittiham: Başqa qadından...

© AP Photo / Susan Walsh
DÜNYA
Qısa URL
298 0 0

Məqalə hələ işıq üzü görməyib, amma onunla müqavilə bağlanılıb

BAKI, 13 aprel — Sputnik. Nyu-Yorkda yerləşən “Trump World Tower”in keçmiş qapıçısı Dino Sacudin ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı olduğunu iddia edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla bildirir ki, o, bu informasiyanı “National Enquirer” qəzetinə 30 min dollara satıb.

Məqalə hələ işıq üzü görməyib, amma onunla müqavilə bağlandığı barədə məlumat KİV-ə sızıb.

Müqavilədə qeyd edilib ki, Sacudin bu müqavilə və xəbər haqqında kiməsə məlumat versə, milyon dollar ödəyəcək. Sacudinin sözlərinə görə, o bu müqavilənin KİV-ə necə düşdüyündən xəbərsizdir və bu barədə eşidəndə çox təəccüblənib.

Sacudin qəzetə verdiyi məlumatda bildirib ki, Trampın “Trump World Tower”in əməkdaşlarından biri ilə sevgi romanı olub və onların bir övladı dünyaya gəlib. Qadının özü isə bu xəbəri inkar edir.

Məlumata görə, Sacudinə bu xəbərə görə, “National Enquirer”in də aid olduğu “Amerikan Media” kompaniyası ödəniş edib. Media şirkətinin rəhbəri Devid Peker özünü Amerika liderinin yaxın dostu adlandırır və hakimiyyətin başını qarışdıracaq bu kimi informasiyaların eksklüziv hüququnu almağa çalışır.

Teqlər:
nikahdankənar, ABŞ prezidenti Donald Tramp, övlad, məlumat

Əsas mövzular