Suriyada böyük müharibəyə hazırlıq gedir, Əsədin döyüş texnikası ruslara sığınır

© AFP 2023 / BRENDAN SMIALOWSKIистребители A-10 Thunderbolt
истребители A-10 Thunderbolt - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşər Əsəd rejiminin öz döyüş təyyarələrini və hərbi helikopterlərini Rusiyanın Suriyadakı bazalarına daşıdığı bildirilir

BAKI, 13 aprel — Sputnik. ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi Suriya toplantısında son qərar verilməyib. Lakin Britaniyada baş nazir Tereza Mey Nazirlər Kabinetindən Suriyada hərbi əməliyyat səlahiyyəti alıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-15 təyyarəsi - Sputnik Azərbaycan
İsraildən Suriyaya qorxunc zərbə

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Suriya rejimi müharibəyə hazırlaşır. ABŞ və Britaniya qəzetləri Bəşər Əsəd rejiminin öz döyüş təyyarələrini və hərbi helikopterlərini Rusiyanın Suriyadakı bazalarına daşıdığını yazır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) iki səlahiyyətlisi Əsədin mühüm bəzi təyyarələrini rus bazalarında yerləşdirdiyini söyləyib. Məlumata görə, rəsmi Dəməşq ABŞ-ın Rusiya bazasına hücum etməkdən çəkinəcəyini düşünür.

Suriya hökumətinə bağlı mətbuat da ordunun qırıcıları və helikopterləri Rusiyanın Suriyadakı bazalarına yerləşdirdiyini qeyd edib. Əlavə edilir ki, Əsədin müttəfiqi olan "Hizbullah" yaraqlıları da mövqelərini dəyişiblər.

Qeyd edək ki, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (OPCW) mütəxəssisləri sabah kimyəvi hücumun təşkil edildiyi iddia olunan Suriyanın Duma şəhərində təftişlərə başlayacaq.

Onu da diqqətə çatdıraq ki, Böyük Britaniya Nazirlər Kabinetinin toplantısında Suriya məsələsi ilə bağlı son qərar verilib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Britaniya hökuməti yekdilliklə Suriyada hərbi əməliyyat aparılmasının vacib olduğuna qərar verib.

Baş nazirlikdən verilən açıqlamaya görə, bu qərar Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi səbəbindən qəbul edilib. BBC-yə danışan mənbələr baş nazir Meyin parlamentin razılığı olmadan Suriyaya hərbi müdaxilədə iştirak qərarı verməyə hazır olduğunu söyləyiblər.

Xəbər lenti
0