10:46 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Çin bayraqları

"Yatmış əjdaha" oyandı: Çindən Amerikaya məğlubiyyət hədəsi

© AFP 2018 / STR
DÜNYA
Qısa URL
130520

Çin ABŞ-ın birtərəfli hərəkətlərini cavablandıracağına söz verdi

BAKI, 12 aprel — Sputnik. "Əgər ABŞ birtərəfli fəaliyyət və proteksionizm siyasətini davam etdirsə, Çin "qələbə əldə edənə qədər" buna qarşı mübarizə aparmağa və lazımi cavabı verməyə hazırdır".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Kommersiya Nazirliyinin rəsmi təmsilçisi Qao Fen mətbuat konfransında bildirib. Çinin dövlət məmuru qeyd edib ki, hazırda Çin və ABŞ nümayəndələri arasında ticarət-iqtisadi məsələlər üzrə fikir ayrılıqları ilə bağlı danışıqlar aparılmır.

"Çünki ABŞ belə bir dialoqa heç bir maraq göstərmir. Tərəflər danışıqları Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində apara bilər. Lakin bu, Vaşinqtonun bu təşkilata hörmət edib-etməməsindən, çoxtərəfli ticarət sisteminin qaydalarına tabe olub-olmamasından asılıdır", — Q.Fen bildirib.

Mart ayının sonlarında ABŞ prezidenti Donald Tramp "Çinin iqtisadi aqressiyası ilə mübarizə" haqqında memorandum imzalayıb. Bu sənəd özündə Çində istehsal olunan məhsullara məhdudiyyət qoymağı ehtiva edir. Daha sonra ABŞ idxal rüsumlarının tətbiq edilə biləcəyi 1300 Çin malının siyahısını açıqlayıb.

Beləliklə, Vaşinqton Pekinlə aralarında olan çoxmilyardlı ticarət kəsirini aradan qaldırmaq niyyətindədir. Amerika rəhbərliyinin hesablamalarına görə, yeni idxal rüsumlarının tətbiqi nəticəsində Çin hər il 50 milyard dollara yaxın vəsait itirəcək.

Buna cavab olaraq Çin də 128 adda Amerika məhsulunun idxalına rüsum tətbiq etməyə başlayıb. Daha sonra Pekin ABŞ-ın daha 106 məhsuluna tətbiq olunacaq rüsumları açıqlayıb. Bu ticarət tədbirlərinin nə vaxt həyata keçiriləcəyi isə ABŞ hökumətinin Çinin ticarət məhsulları ilə bağlı öz idxal rüsumlarını açıqlamasından asılıdır.

Əlaqədar

Çin ABŞ və İsrailə sitəm çəkdi: Şərqi Qüds Fələstinin paytaxtıdır
Ekspert: “ABŞ və Çin arasındakı gərginlik qlobal böhran yarada bilər”
Çin ABŞ-ı təxribatları dayandırmağa çağırıb
Çin-ABŞ gərginliyi artır
Teqlər:
Qao Fen, Donald Tramp, Çin Xalq Respublikası, Çin, ABŞ, prezident

Əsas mövzular