01:51 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Alp dağı

Yolu itirdi, 2,4 kilometr hündürlüyə qalxdı

© Foto: Facebook / Igloo Cervinia
DÜNYA
Qısa URL
34 0 0

Yerli polisin məlumatına görə, Pavel müəyyən məbləğdə cərimə ediləcək

BAKI, 12 aprel — Sputnik. Sərxoş turist yolu itirərək Alp dağına qalxıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Pavel adlı turist hotelə gedərkən təsadüfən İtaliyanın Alp dağına çıxıb.

Estoniyadan olan 30 yaşlı kişi gecə saatlarında İtaliyanın Çerviniya dağ kurortu ərazisində yolu itirib. Hotelin döngəsini buraxan turist içkinin təsirindən özü də bilmədən 2400 metr hündürlüyə qalxıb. Burada o İgloo barında daxil olub və iki şüşə su içdikdən sonra orada yatıb. Xilasedicilər isə bütün gecəni helikopter, dron və itlərlə onu axtarıblar. Paveli ancaq barın sahibi işə gəldikdən sonra tapmaq mümkün olub

Yerli polisin məlumatına görə, Pavel yerli hakimiyyət orqanlarına maddi ziyan vurduğundan, müəyyən məbləğdə cərimə ediləcək.

Teqlər:
Alp dağı, hotel, İtaliya, turist

Əsas mövzular