Trampa Kremldən cavab gəldi: "Twitter diplomatiyası aparmırıq"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в саммите АТЭС
Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: "Vəziyyət getdikcə xaotik hal alır"

BAKI, 11 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampa cavab verib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya prezidenti vəziyyətin son dərəcə təhlükəli olduğunu deyib və sağlam düşüncənin qalib gələcəyinə inandığını qeyd edib.

Vladimir Putin 17 ölkənin səfirinin etimadnaməsini qəbul edərkən Suriyada yaşanan son hadisələrə, eləcə də ABŞ-ın son bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət son dərəcə təhlükəli hal alır: "Vəziyyət getdikcə xaotik hal alır. Amma biz yenə də ümid edirik ki, sağlam düşüncə qalib gələcək, beynəlxalq münasibət konstruktiv məcraya yönələcək, bütün dünya sistemi daha stabil və proqnozlaşdırılan olacaq".

Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Trampın xəbərdarlığına Türkiyənin cavabı gecikmədi

Rusiya prezidenti ölkəsinin bundan sonra da qlobal və regional təhlükəsizliyin tərəfdaşı kimi çıxış edəcəyini vurğulayıb: "Biz bundan sonra da beynəlxalq öhdəliklərimizə sadiq qalacağıq. Rusiya bütü ölkələrlə siyasi dialoqu gücləndirmək, ticari və iqtisadi əlaqələri genişləndirmək yolunu tutacaq".

ABŞ prezidenti Donald Trampın bəyanatlarını Twitter vasitəsi ilə verməsinə Kremldən rəsmi münasibət bildirilib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Twitter diplomatiyası aparmadığını bəyan edib: "Daha ciddi yanaşmanın tərəfdarıyıq. Əvvəlki kimi o fikirdəyik ki, çox həssas vəziyyətə ziyan verə biləcək  addımlardan qaçmaq lazımdır".

Xatırladaq ki, Donald Tramp bu gün Twitter-də açıqlama ilə çıxış edərək Rusiyanı hədələyib: "Rusiya, hazırlaş! Raketlər gəlir".

Xəbər lenti
0