18:30 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Pele

Pele futbola baxmaqdan imtina etdi

© AFP 2018 / Miguel Schincariol
DÜNYA
Qısa URL
54 0 0

Məşhur braziliyalı futbolçunun səhhətində problemlər yaranıb

BAKI, 11 aprel — Sputnik. Məşhur braziliyalı futbolçu Pele bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 77 yaşlı veteran futbolçu bir müddət öncə kürəyindən zədə alıb. Bu zədə Pelenin Karioka Liqi kubokunda iştirak etməsinə də əngəl olmuşdu.

2016-cı ildə Braziliyada keçirilən Rio Olimpiya Oyunlarında məşəli Pele yandırmalı idi. Amma səhhətində problem olduğu üçün ulduz idmançı o zaman da məşəli yandırmaqdan imtina edib.

Qeyd edək ki, Pele karyerası dövründə üçqat dünya çempionu olub. O, Beynəlxalq Futbol Federasiyasının qərarı ilə futbolçusu seçilib.

Dünya çempionatı 2018-ci ildə 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Əlaqədar

Azarkeş arvadını futbol mərcində dostuna uduzdu…
Qayınanası futbol üzrə millinin qapıçısına əvvəl daş atdı, sonra isə atəş - VİDEO
İnsanlıq dramı: Rus futbolçunun xanımı azərbaycanlı qadına sahib çıxır
Ekspert: “Dostluq üçün futbol” uşaqları birləşdirən mühüm layihədir”
Teqlər:
dünya çempionatı, Rusiya, braziliyalı futbolçu Pele

Əsas mövzular