Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyənin bu şəhərində qorxu filminin ssenarisi həyata keçir

© AFP 2023 / Justin TALLISDumanda eniş edən təyyarə, arxiv şəkli
Dumanda eniş edən təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ərazidə güclü duman səbəbi ilə həyat donub

BAKI, 11 aprel — Sputnik. Türkiyənin Giresun şəhərini bir neçə gündür ki, güclü duman bürüyüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər sözün əsl mənasına dumanda "yoxa çıxıb". Güclü dumana görə təyyarələr hava limanına eniş edə bilməyib.

Kent kayboldu! Uçaklar inemedi…

Bu səbəbdən bir çox səfərlər qarşılıqlı olaraq təxirə salınıb. Hətta 3 İstanbul və Ankara səfərləri baş tutmayıb.

Kent kayboldu! Uçaklar inemedi…

İstanbul, İzmir və Ankaradan gələn 3 təyyarə güclü duman olduğu üçün hava limanı üzərində dövrə vuraraq enə bilməyib və məcburi Samsundakı hava limanına eniş ediblər. Samsuna endirilən sərnişinlər avtobuslar vasitəsi ilə Ordu və Giresuna göndəriliblər.

Kent kayboldu! Uçaklar inemedi…

Verilən məlumata görə, duman hələ 3 gün davam edəcək. Ümumilikdə bu şəhərdə baş verənlər "Duman" qorxu filminin süjetini xatırladır. Həmin filmdə şəhəri qəflətən duman bürüyür və dumanın içərisindən qorxunc məxluqlar çıxaraq insanlara hücum edirlər.

Xəbər lenti
0