23:35 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Səudiyyə şahzadəsi Salman

Səudiyyə şahzadəsinin adı porno qalmaqalında hallanır: 90 min avroluq iddia

© Sputnik / Сергей Гунеев
DÜNYA
Qısa URL
101 0 0

Şahzadə sifariş etdiyi porno filmlərin haqqını ödəmədən ölüb

BAKI, 11 aprel — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fransada səfərdə olarkən bir şokla qarşılaşıb. Belə ki, pornofilm şirkəti onun qarşısına borc sənədi qoyub. Sputnik Türkiyə məlumat verir ki, kral ailəsinin üzvü olan, 40 il ölkənin xarici işlər naziri olmuş və 2015-ci ildə dünyasını dəyişmiş Səud Əl Feysal həmin şirkətə orijinal ssenarili pornofilm sifariş etsə də, onların haqqını ödəməyib.

Bununla da şahzadə şirkəti 90 min avro borca salıb.

Əvvəllər xarici işlər naziri olmuş şahzadə Səud Əl Faysal 2015-ci ildə 75 yaşında dünyasını dəyişib. Şahzadənin ölümündən sonra onun erotik filmlər çəkdirdiyi məlum olub.

Fransanın porno film şirkəti Atyla keçmiş nazirin çəkdiridiyi filmlərin 90 min avroluq xərclərini ödəmədiyi səbəbilə Kral ailəsini məhkəməyə verilib. İddia xəbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Fransa prezidenti Emmanuil Makronla görüşmək üçün Parisə gəldiyi zamana təsadüf edib.

İddia ərizəsində bildirilir ki, Səud əl Faysal ən sevdiyi məşuqəsinin baş rolda oynadığı porno filmlər çəkdirib, bu filmlərdə görmək istədiklərinə dair təlimatlar verib və filmlərdə məkan olaraq Parisdə Zəfər Tağı yaxınlğında olan Faysal ailəsinin lüks villası ilə müxtəlif hotellərin otaqlarını istifadə edib.

Tələb edilən məbləğ Kral ailəsi üçün çox az məbləğ olsa da, məbləğin verilməsi Səudiyyə Ərəbistanı krallığının Parisdəki evlərindən birinin pornofilm çəkilişlərində istifadə edildiyini sübut edəcək.

Şirkətin nümayəndəsi filmin süjetlərini hələ məhkəməyə təqdim etməyib. Amma o bildirib ki, məhkəmə tələb edərsə, kadrlar məhkəməyə təqdim olunacaq.

Əlaqədar

Şahzadə hava limanında intihar etdi - VİDEO
Şahzadə hündürdən yıxılaraq ölüb
Azərbaycanlı şahzadə Bakıya qayıtmaq istəmir
Şahzadə kralın əmri ilə həbs olundu

Əsas mövzular