Türkiyədə tarixi məkanı dağıdanlardan 50 milyon dollar tələb edilir

© REUTERS / Yoruk IsikHekimbasi Salih Efendi mülkü
Hekimbasi Salih Efendi mülkü - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətdə iddiaçıların uğradığı zərərin təmin edilməsi üçün hələlik 50 milyon dollar tələb edilib

BAKI, 11 aprel — Sputnik. Keçən həftə Maltaya məxsus "Vitaspirit" gəmisi İstanbul Beykozda tarixi Həkimbaşı Salih Efendi malikanəsinə çırpılaraq oranı dağıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mülkün idarəçiləri İstanbul 17-ci Ticarət Məhkəməsinə müraciət edərək gəmi və kapitanı üçün həbs qərarına nail olublar.

Müraicətdə bildirilib ki, gəmisinin toqquşması nəticəsində mülk tarix əsər statusunu itirib. Müraciətdə iddiaçıların uğradığı zərərin təmin edilməsi üçün hələlik 50 milyon dollar tələb edilib. Məhkəmə öncə İstanbul limanının ərazisində olan Maltaya məxsus "Vitaspirit" adlı gəminin və onun kapitanının həbs edilməsinə qərar verib.

Xəbər lenti
0