19:28 21 Aprel 2018
Canlı yayım
ABŞ prezidenti Donald Tramp

Donald Trampdan radikal qərar gözlənilir - Diqqətlər Ağ Evdə

© REUTERS / Jonathan Ernst
DÜNYA
Qısa URL
121 0 0

Pentaqon Suriya rejiminə qarşı ən sərt variantları təklif edir

BAKI, 10 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı qərarını 24 və ya 48 saat içərisində verəcəyini bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin müdafiə naziri prezidentə Suriya ordusunun kimyəvi silahdan istifadəsinə qarşılıq vermək üçün bir sıra hərbi variantlar təklif edib.

Pentaqon nümayəndəsi polkovnik Patrik Rider Trampın keçirdiyi müşavirədə Suriyadakı vəziyyətin dəhşətli olduğunu deyib: "Televiziyalarda yayılan fotolar dəhşətlidir. Biz Suriya rejiminə qarşı hərbi variantı təklif edirik".

"Vəzifəmiz ölkə rəhbərinə varinatlar təklif etməkdir. Hazırda bu qorxunc hadisənin fonunda hərbi variantlara baxıb bunu prezident Trampa təklif edirik" — deyə Rider bildirib.

Xatıraladaq ki, ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Suriya məsələsini müzakirə edib. Liderlərin telefon söhbətində Suriyada atılacaq addımlar müzakirə edilib.

Onu da qeyd edək ki, Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadəyə cavab olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin ordusuna aid olan 22 kritik hərbi obyektin xəritəsini hazırlayıb. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, vurulacaq bazalar arasında, əsasən şiə milis qüvvələrin olduğu strateji bölgələr də var. Bundan başqa, Homs və Tartus bölgələrində ABŞ-ın hədəfə aldığı 2 hərbi bazada rus əsgərlərin də olduğu bildirilir.

ABŞ-ın Suriyaya hava zərbələri
© Foto : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

Hərbi bazaların vurulmasında Fransa, Böyük Britaniya, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı dənizdən, havadan və qurudan həyata keçiriləcək.

Suriyalı yetkili Zekeriye Molahafci ABŞ-ın detallı şəkildə vurulacaq bazaların xəritəsini çıxardığını və bir neçə gün içərisində bunları vurmağa hazırlaşdığını bildirib. O, ABŞ-ın Fransa, Böyük Britaniya və İsrail ilə birgə başda hərbi hava limanları olmaqla strateji nöqtələri bombardman edəcəyini iddia edib.

Bu arada, Amerikanın "Donald Kuk" hərbi gəmisi Kiprin Larnaka limanını tərk edərək Suriya sahillərinə yaxınlaşıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Rusiyaya məxsus qırıcı təyyarələr gəmi üzərindən dörd dəfə alçaqdan uçuş edib.

Gəminin "Tomahawk" raketi ilə təchiz edildiyi bildirilir. Hərbi gəmi Suriyanın ikinci ən böyük liman şəhəri olan Tartusun 100 km-də lövbər salıb. ABŞ donanmasının rəhbərliyi gəminin Larnakadan ayrıldıqdan sonra hara getdiyi barədə sualları cavabsız buraxıb.

Əlaqədar

Vəziyyət gərginləşir: ABŞ-dan Suriyaya hərbi əməliyyat anonsu
ABŞ Suriya ilə bağlı qərarını verdi
Suriyadakı ABŞ hərbçilərinə həyəcan siqnalı daxil oldu: Türklər Menbiçə girir
ABŞ Suriyadan çıxacağı tarixi açıqladı
Rusiyadan Suriyada ordu yaradan ABŞ-a reaksiya verilib
İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır?
ABŞ Suriya işğalına hüquqi don geyindirməyə çalışır
Teqlər:
Patrik Rider, Sputnik Azərbaycan, Donald Tramp, Pentaqon, Suriya, ABŞ, prezident

Əsas mövzular