Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şarfı avtomobilin təkərinə dolandı, indi ölüm-dirim savaşı verir

CC0 / Ajale / Go KartsGo Karts atraksionu
Go Karts atraksionu - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda gənc qız əməliyyat edilib

BAKI, 10 aprel — Sputnik. Türkiyədə gənc qızın go-kart avtomobilində şarfı təkərə dolaşıb və o ağır yaralanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Lisey tələbəsi Həvvanur Yalçın go-kart sahəsinə gedib. Avtomobilə minən qız kəmərini taxıb. Qaydalara görə, o boynundakı şarfı çıxarıb, avtomobilə minməli imiş. Bir müddət avtomobili idarə edən gənc qız şarfın təkərə dolanması ilə qəzaya uğrayaraq ağır yaralanıb.

Hazırda gənc qız əməliyyat edilərək, reanimasiyada saxlanılır.

Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Sakarya ilçəsində bir universitet tələbəsinin də başına bənzər hadisə gəlmişdi. Gənc qızın şarfı təkərlərə dolanıb başını qoparmışdı.

Xəbər lenti
0