CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YouTube" uşaq hüquqlarını pozmaqda ittham edilir

Abunə olmaq
Bu müddət ərzində 23 milyondan çox azyaşlı istifadəçilərin hüququ pozulub

BAKI, 9 aprel — Sputnik. ABŞ Federal Ticarət Komissiyası YouTube portalının video paylaşma fəaliyyətini araşdırmaq üçün hüquq müdafiəçilərinə müraciət edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onların fikrincə, Google-un törəmə müəssisəsi olan YouTube kiçik uşaqlar haqqında qeyri-qanuni məlumat toplayıb.

Təşəbbüsün müəlliflərinə görə, bir neçə il ərzində, İT korporasiyası "Uşaq Hüquqlarının Müdafiəsi haqqında" qanunu pozub. Bu sənəd 13 yaşınadək olan uşaqlar haqqında məlumatların yığılmasını məhdudlaşdırır. Bu müddət ərzində 23 milyondan çox azyaşlı istifadəçilərin hüququ pozulub.

Belə ki, öz Youtube hesabını qeydiyyatdan keçirmək üçün istifadəçi 13 yaşdan böyük olmalıdır, hostinqdəkli videolara "giriş" olmadan belə baxmaq mümkündür. 

Facebook, illüstrasiya - Sputnik Azərbaycan
"Facebook"dan möhtəşəm yenilik

Həmçinin, hüquqşünaslar düşünürlər ki, uşaqlar valideynlərin hesabları ilə də sayta daxil ola bilərlər.

Sosioloqların araşdırmasına görə, 12 yaşına qədər ABŞ uşaqlarının yarıdan çoxunun YouTube hesabı var. Bu da o deməkdir ki, onlar qeydiyyat zamanı saxta doğum tarixindən istifadə ediblər.

Xatırladaq ki, Google-da reklamların azyaşlılara hədəflənməsinə icazə verilmir. Lakin iddiaçılar "oyuncaq" və "körpə" sözləri keçən reklamların yayımlandığını iddia edirlər.

İttihama görə, hər bir qanun pozuntusu halı 41.5 min dollar dəyərləndirilir.

Əgər iddia təmin edilərsə, cərimənin ümumi məbləği 100 milyard dollara yaxın olacaq.

Xəbər lenti
0