10:24 22 Aprel 2018
Canlı yayım
Eks-prezident Pak Kın Xe

Keçmiş prezidentlər məhkəmə qarşısında

© Sputnik / Aleksey Filippov
DÜNYA
Qısa URL
12 0 0

İttiham aktına 10,4 milyon dollar məbləğində rüşvət, vergidən yayınma və sair daxildir

BAKI, 9 aprel — Sputnik. Keçmiş Cənubi Koreya (CK) prezidenti Li Men Bak korrupsiyada ittiham edilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, məhkəmə qarşısına çıxan 4-cü CK prezidentidir.

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva, arxiv şəkli
© AFP 2018 / Andressa Anholete

Eks-prezident Pak Kın Xe 24 il korrupsiyada ittiham olunaraq, azadlıqdan məhrum edildikdən sonra, Cənubi Koreya Prokurorluğu onun sələfi olan Li Men Bakı həbs edib. O, 2008-2013–cü illərdə prezident postunda olub. İndi isə 16 maddə ilə qanunu pozmaqda ittiham edilir.

Hazırda iş adamı olan Li Men Bak həbsdədir. İttiham aktına 10,4 milyon dollar məbləğində rüşvət, vergidən yayınma və s. daxildir. Bununla yanaşı, prokurorluq ittihamın böyük bir hissəsini qəbul etməyən eks-prezidentin hesablarını dondurmağı da planlaşdırır.

Qeyd edək ki, Cənubi Koreya məhkəməsi qarşısına hərbi diktator Çon Du Xvan və onun varisi Ro De U da çıxıb.

Əlaqədar

İrandakı etirazların ilk qalmaqallı nəticəsi: Eks-prezident həbs olundu
Eks-prezident haqqında şok iddia: həbs oluna bilər
Prezident qızının pullarına həbs qoyuldu
Vitse-prezident korrupsiyaya görə həbs edildi
Teqlər:
Li Men Bak, ittiham, Cənubi Koreya, korrupsiya, prezident

Əsas mövzular