22:00 22 Aprel 2018
Canlı yayım
Fransız kinoaktyoru Jan-Pol Belmondo

Heç zaman düzəlməyəcək üsyançı

© AFP 2018 / Patrick KOVARIK
DÜNYA
Qısa URL
30 0 0

Belmondo bu günə qədər çoxu macəra komediya filmləri olmaqla 95 filmdə oynayıb

BAKI, 9 aprel — Sputnik. Fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son nəfəsdə" filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanan Jan-Pol Belmondonun (fr. Jean-Paul Belmondo — 9 aprel 1933) 85 yaşı tamam olur.

Belmondo ilk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlığa nail olmuş, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırıb. Ən yaxşı kişi roluna görə Sezar mükafatı laureatı (1989), Fəxri Legion ordeninin komandorudur.

O, Parisin qərbində Neuilly-sur-Seinedə dünyaya gəlib. Sicilya kökənli olan atası Paul Belmondo tanınmış heykəltəraş olub. Amma Jan-Pol məktəb illərində incəsənətdən çox futbol və boksla maraqlanırmış. İyirmi yaşına çatanda isə aktyorluq marağını çəkməyə başlayıb. Paris konservatoriyasında təhsil alıb. Bəzi teatr oyunlarında kiçik rollarda oynayıb. 1956-cı ildə ilk filmində oynayıb. Bu illər ərzində 8 filmə çəkilib. Nəhayət, 1959-cu ildə "Son nəfəsdə" filmi onu bütün Fransada məşhurlaşdırdı.

Belmondo bu günə qədər çoxu macəra komediya filmləri olmaqla 95 filmdə oynayıb. 2001-ci ildə beyninə qan sızması nəticəsində iflic olduğundan filmlərinə fasilə verib. Növbəti rolunu ancaq 8 il sonra — 2009-cu ildə oynayıb.

Üzündəki bənzərsiz çapqın ifadə, hiyləgər gülümsəmə, yumorlu, amma hüznlü performansı ilə kinoda dəyişik bir tip olaraq tanınan Belmondonun daha bir özəlliyi də heç zaman dublyordan istifadə etməməsidir. Bütün təhlükəli səhnələri özü oynayıb. Ancaq 1985-ci ildə qəza keçirdikdən sonra bunlardan vaz keçib.

Teqlər:
Jan-Pol Belmondo, yubiley, Fransa, aktyor

Əsas mövzular