Avropanın ən zəngin adamının adı və varidatı məlum oldu

© AFP 2023 / ERIC PIERMONTBernar Arno
Bernar Arno - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən varlıları siyahısında isə LVMH rəhbəri 4-cü yerdədir

BAKI, 8 aprel — Sputnik. Louis Vuitton Moet Hennessy (LVMH) kompaniyalar qrupunun prezidenti Bernar Arno Avropanın ən varlı insanıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onun varidatı 70,7 milyard dollar təşkil edir.

Bloomberq agentliyinin məlumatına görə, Avropa varlılarının reytinqində Arnonun birinci yeri tutmasına Christian Dior kompaniyasının qiymətinin artması səbəb olub.

Fransız biznesmen 70,2 milyard dollar varidatı olan, Zara və Massimo Dutti brendlərini özündə birləşdirən İnditex kompaniyasının təsisçisi, ispaniyalı Amansio Orteqanı geridə qoyub.

Dünyanın ən varlıları siyahısında isə LVMH rəhbəri 4-cü yerdədir. Bu reytinqdə ilk yerləri Amazon-un rəhbəri Cef Bezos, Microsoft-un yaradıcı Bill Qeyts və Berkshire Hathaway İnvestitsiya Fondunun Uorren Baffet tutur.

Xəbər lenti
0