Ərdoğan öldürülən terrorçuların sayını açıqladı

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan bildirib ki, bu günə qədər 4 min 17 terrorçu öldürülüb

BAKI, 8 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara qarşı mübarizədən danışıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının Siirt konqresində çıxışı zamanı məhv edilən terrorçuların sayını açıqlayıb.

Ərdoğan bildirib ki, bu günə qədər 4 min 17 terrorçu öldürülüb. Onlardan 327-ci Şimali İraqda, 154-ü ölkə daxilində məhv edilib. Digər terrorçular isə Suriyanın Afrin bölgəsində keçirilən əməliyyat zamanı öldürülüblər.

Xəbər lenti
0