14:01 19 Aprel 2018
Canlı yayım
Almaniyada terror aktı

Polis: İnsanların üstünə maşın sürən şəxs terrorçu olmayıb

© Ruptly .
DÜNYA
Qısa URL
21 0 0

Aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb

BAKI, 8 aprel — Sputnik. Aprelin 7-də Almaniyanın Muenster şəhərində baş verən hadisə terror aktı deyil.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bu gün Almaniya daxili işlər naziri Xorst Zeexofer N24 telekanalına müsahibəsində bildirib.

Daxili işlər naziri araşdırma zamanı terror izinə rast gəlinmədiyini, sürücünün yalnız hərəkət etdiyini söyləyib. X. Zeexofer araşdırmaların davam etdiyini də qeyd edib.

Qeyd edək ki, aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır. 

Teqlər:
təkzib, polis, Almaniya, terror

Əsas mövzular