03:14 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Nyu-York Yanğınsöndürmə Xidməti Trump Towerin qarşısında

Trampın qəsri yandı

© REUTERS / Amr Alfiky
DÜNYA
Qısa URL
66 0 0

Tramp prezident seçilənə qədər 10 il müddətində həmin binada yaşayıb və işləyib

BAKI, 8 aprel — Sputnik. Nyu-York Yanğınsöndürmə Xidməti "Trump Tower"də yanğın olduğunu açıqlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, yağın 50-ci mərtəbədə başlayıb.

Az sonra ABŞ prezidenti Donald Tramp onun adını daşıyan binadakı yanğının söndürüldüyünü bildirib: "Yanğın söndürülüb. Yanğınsöndürənlər çox gözəl işləyiblər. Çox sağ olun!"

​Qeyd edək ki, Tramp prezident seçilənə qədər 10 il müddətində həmin binada yaşayıb və işləyib. Amma olay baş verən zaman prezidentin ailəsindən heç kim binada olmayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxs "Trump Tower"də yerləşən mənzildə yaşayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bundan əlavə, daha 4 nəfərin yaralandığı bildirilir.

Teqlər:
Trump Tower, ölüm, bina, yanğın

Əsas mövzular