Məşhur media qrupu fantastik qiymətə satıldı

© REUTERS / Umit BektasDoğan Media
Doğan Media - Sputnik Azərbaycan
Abunə olmaq
Doğan Qrupu ilə Demirören arasında olan razılığa görə, 916 milyon dollar nağd ödəniləcək

BAKI, 7 aprel — Sputnik. "Doğan Media" 916 milyon dollar satılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə “Doğan Holdinq”-dən, Cəmiyyəti Məlumatlandırma Platformuna açıqlama verib. Bildirilib ki, "Demirören" qrupu 916 milyon dollara "Hürriyət", "Posta", " Fanatik" qəzetləri ilə yanaşı Kanal D və CNN Türk kanalının da yer aldığı çox sayda yayım təşkilatını əldə edib.

Məlumatda bildirilir ki, Doğan Qrupu sahibi olduğu Doğan qəzetçilik, Hürriyət Qəzetçilik və Mətbəəçilik, Doğan Tv Holdinq, Doğan Xəbər Agentliyi, Doğan Paylayış, Satış və Pazarlama, Doğan İnternet Yayımçılığı və İnvestisiya, Doğan Media International GmbH və Mozaik Rabitə Xidmətlərində olan paylarının hamısını 916 milyon dollar Demirören Qrupuna satıb.

Doğan Qəzetçilik 132 milyon dollar, Hürriyət Qəzetçilik və Mətbəəçilik 155 milyon dollar, Doğan TV Holdinq 599 milyon 674 min dollar, Doğan Xəbər Agentliyi 5 milyon dollar, Doğan Paylama, Satış Pazarlama Mətbəəçilik Ödəmə Vasitəçilik və Təhsilat Sistemləri 7 milyon dollar, Doğan İnternet Yayımçılığı və İnvestisiya 12 milyon 751 min dollar, Doğan Media International GmbH 4 milyon 42 min dollar, Mozaik Rabitə Xidmətləri 532 min dollar verilib.

Doğan Qrupu ilə Demirören arasında olan razılığa görə, 916 milyon dollar nağd ödəniləcək. Daha əvvəl 50 milyon beh verən Demirören Qrupu ilk etapda 228 milyon dollar ödəyəcək. Satış və digər proseslər başa çatdıqdan sonra qalan miqdar ödəniləcək.

Hazırda Doğan Media Qrupunda "Blue TV, Doğan Burda Jurnalı, Doğan Eqmont, Doğan Müzik Yapım (DMC), D Yapım, Hürriyət Əmlak, Kanal D Rumıniya, Slow Türk şirkətləri qalıb.

Xəbər lenti
0