Dəhşətli qəza: Avtobusun aşması nəticəsində 14 nəfər məhv oldu

CC0 / ElasticComputeFarm / StopQəza ərazisində bağlanmış yol
Qəza ərazisində bağlanmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadanın Kral Jandarmeriyası bildirib ki, avtobusda 28 nəfər olub

BAKI, 7 aprel — Sputnik. Kanadanın mərkəzi hissəsində gənc hokkeyçilərin olduğu avtobus qəzaya uğrayıb. Sputnik AzərbaycanGlobe and Mail”ə istinadla xəbər verir ki, qəza nəticəsində ən azı 14 nəfər ölüb.

Kanadanın Kral Jandarmeriyası bildirib ki, avtobusda 28 nəfər olub. Onlardan 14 nəfəri hadisə yerindəcə ölüb. Qalanları müxtəlif dərəcədə bədən xəsarətləri alıblar. 3 nəfərin vəziyyəti son dərəcədə ağırdır və onların sağ qalma ehtimalı çox azdır.

© Photo : THE CANADIAN PRESS“Humboldt Broncos” hokkey klubunun gənclərdən ibarət komandası
“Humboldt Broncos” hokkey klubunun gənclərdən ibarət komandası - Sputnik Azərbaycan
“Humboldt Broncos” hokkey klubunun gənclərdən ibarət komandası

“Humboldt Broncos” hokkey klubunun gənclərdən ibarət komandasını daşıyan avtobus aprelin 6-da axşam Saskaçevan əyalətindəki yollardan birində qəzaya uğrayıb. Hüquq-mühafizə orqanları qəzanın səbəbini müəyyən etmək üçün bütün resursları işə salıb.

Xəbər lenti
0