22:54 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Qətər, arxiv şəkli

Səudiyyə Ərəbistanından düşmən addım: Qətəri adaya çevirir

© AFP 2018 / KARIM JAAFAR
DÜNYA
Qısa URL
10900

Səudiyyə İnvestisiya Fondu Qətərlə sərhəddə kanal qazmağı planlaşdırır

BAKI, 7 aprel — Sputnik. Səudiyyə Ərəbistanı Qətəri özündən ayrımaq barədə qərar qəbul edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Səudiyyə İnvestisiya Fondu Qətərlə sərhəddə kanal qazmağı planlaşdırır. Tikintinin başlanması üçün layihənin rəsmi təsdiqlənməsi və icazəsi gözlənilir.

Qazılacaq kanalın uzunluğu 60 kilometrdir. Kanal, Səudiyyə Ərəbistanının şərq sahillərini gəmi nəqliyyatı üçün fasiləsiz hala gətirəcək, ticarət və turizm asanlaşdıracaq, bölgəni canlandıracaq.

Bundan başqa, bu bölgədə neft və digər sənaye obyektlərinin tikilməsi, çimərliklər salmaq, kurort sahələri təşkil etmək, yeni limanlar qurmaq nəzərdə tutulub.

Qeyd edilir ki, tikintiyə ərazinin təbii və sosial xüsusiyyətlər ilə mane olmur. Çünki ərazidə dağ zəncirləri, qəsəbələr və kəndlər, kənd təsərrüfatı torpaqları yoxdur.

Kanalın eni 200 metr, dərinliyi 15-20 metr olacaq. Kanalda hər tipdə yük və sərnişin gəmilərini tutmaq imkanı olacaq. Layihənin ilkin dəyəri 2,8 milyard dollardır. Məlumata görə, kanal Səudiyyə Ərəbistanına məxsus olacaq.

Ən əsası isə odur ki, kanal qazılsa, Qətər dövləti faktiki olaraq adaya çevriləcək.

Teqlər:
ada, kanal, Səudiyyə Ərəbistanı, Qətər

Əsas mövzular