Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Öldü, lakin ölümündən sonra uşaq doğdu

© Pasini et al./World NeurosurgeryÖlümündən sonra uşaq doğmuş qadının qalıqları
Ölümündən sonra uşaq doğmuş qadının qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin sözlərinə görə, belə hallara hərdən rast gəlinir

BAKI, 7 aprel — Sputnik. İtaliyalı alimlər qazıntılar zamanı ölümündən sonra uşaq doğmuş qadının qalıqlarını tapıblar. Ana və körpənin cəsədləri kərpic tabutdadır.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilkin araşdırma zamanı məlum olub ki, körpə 38 həftəlikdir. Onun ana öldükdən sonra dünyaya gəldiyi müəyyən edilib. 

Alimlərin fikrincə, 25-30 yaşlı qadın təxminən VII-VIII əsrlərdə vəfat edib. Onu Bolonya əyalətində dəfn ediblər. 

Cəsədin üzərindəki izlərdən müəyyən olub ki, qadında yüksək təzyiq olub və bu təzyiqi başı yarmaqla aşağı salmaq istəyiblər.

Alimlərin sözlərinə görə, belə hallara hərdən rast gəlinir. Hamiləliyi son dövründə ana həlak olarsa, körpə qarın boşluğunda yığılan qazlar vasitəsilə bayıra itələnir.

Xəbər lenti
0