Türkiyədə partlayış olub, ölən və yaralananlar var

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım
Türkiyədə təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayış nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb

BAKI, 6 aprel — Sputnik. Türkiyənin Qaziantep bölgəsində metal tullantılarının olduğu yerdə partlayış baş verib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında baş verib və hələlik səbəbi məlum deyil. Hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadası cəlb edilib. 1 nəfər hadisə yerində dünyasını dəyişib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0