20:43 18 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
SHACMAN qəza

Dəhşətli qəzada 20 nəfər öldü

CC0 / macdeedle / crush
DÜNYA
Qısa URL
911 0 0

Qəzaya avtomobil sürücülərinin sürət həddinə riayət etməmələri və yol qaydalarını pozmaları səbəb olub

BAKI, 5 aprel — Sputnik. Dünən axşam Qahirədən cənubdakı yolda baş verən dəhşətli qəzada 20 nəfər həlak olub. Sputnik Azərbaycan "Youm7"yə istinadla xəbər verir ki, hadisə Misirin Soxaq və Asyut şəhərlərini birləşdirən yolda olub.

KİV xəbər verir ki, sərnişin daşıyan avtobus və yük maşını toqquşub. Qəzaya avtomobil sürücülərinin sürət həddinə riayət etməmələri və yol qaydalarını pozmaları səbəb olub.

Misir yol infrastrukturunun pis vəziyyətdə olması ilə məşhurdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Misirdə yol qəzasında 12 mindən çox adam ölür.

Teqlər:
Qahirə, ölüm, toqquşma, qəza

Əsas mövzular