İt mağazadan kitab oğurladı, hamı bir-birinə dəydi

© Photo : FB / Infinity LivrariaOğurluq etmiş it
Oğurluq etmiş it - Sputnik Azərbaycan
Abunə olmaq
Küçə iti mağazadan "Mənim tənha günlərim" adlı kitabı oğurlayıb və bu hadisə onun haqqında eşidən hər kəsin qəlbinə toxunub

BAKI, 5 aprel — Sputnik. Küçə iti mağazadan "Mənim tənha günlərim" adlı kitabı oğurlayıb və bu hadisə onun haqqında eşidən hər kəsin qəlbinə toxunub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Braziliyada, Novo-Amburqdakı “Infinity” kitab dükanında baş verib.

Kitab dükandakı rəfdən itəndən sonra gözətçilər müşahidə kamerasının yaddaşına baxmaq qərarına gəliblər. Onlar kamerada yaxınlıqda yaşayan evsiz iti görüblər.

Adətən bu it heç vaxt mağazaya girmirmiş. Bir dəfə o, mağazaya girib və kitab rəflərinə tərəf gedib. Sonra it kitablardan birini götürərək mağazadan çıxıb. Tam təsadüf nəticəsində itin seçdiyi kitab onu məşhurlaşdırıb. İti sığınacağa aparıblar və hazırda ona sahib axtarılır. Üzərində itin dişlərinin izi olan oğurlanmış kitab isə sözügedən kitab mağazasında suvenir kimi saxlanılır. İndi Braziliyada "Mənim tənha günlərim" adlı kitab məşhurlaşıb. Müəllifi onu məşhurlaşdırdığı üçün küçə itinə minnətdardır.

Xəbər lenti
0