09:42 26 Aprel 2018
Canlı yayım
NATO

Türkiyənin NATO-dakı və NATO-nun İncirlikdəki taleyinə aydınlıq gətirildi

© AFP 2018 / Jean-Christophe Verhaegen
DÜNYA
Qısa URL
310 0 0

ABŞ Müdafiə Nazirliyindən Türkiyəyə yönəlik mühüm açıqlama verildi

BAKI, 4 aprel — Sputnik. "Türkiyənin NATO-dakı əhəmiyyətli üzvlüyü və İncirlikdəki hərbi hava bazasının NATO üçün önəmli rolu davam edir".

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Coni Maykl (Johnny Maykl) deyib.

O, ABŞ-ın İncirlik bazasında yerləşən bir silah anbarını başqa ölkəyə daşıması ilə bağlı məsələyə belə reaksiya verib: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu məlumatlar münasibətlərimizdə inamsızlığı artırmağa və birgə hərəkət etməyimizə qarşı yönəlib".

Qeyd edək ki, son günlər İncirlikdəki NATO hərbi bazasındakı hərbi texnika və silah-sursatın çıxarılacağı, başqa bir ölkəyə göndəriləcəyi barədə xəbərlər dolaşır.

Əlaqədar

Türkiyə NATO daxilində sıxışdırılır: Daha bir ölkə anti-Türkiyə mövqeyindədir
Politoloq Türkiyə NATO münasibətlərindəki yumşalmanın səbəblərini açıqladı
Ələsgərov: “Yaxın gələcəkdə Türkiyə NATO-dan çıxmayacaq”
Hüseynli: “Amerika NATO-Türkiyə münasibətlərinə xeyli mənfi təsir göstərə bilər”
Teqlər:
Johnny Maykl, Coni Maykl, ABŞ, İncirlik hərbi bazası, NATO, Türkiyə

Əsas mövzular