BAKI, 4 aprel — Sputnik. ABŞ əsgərlərinin iki yeni baza qurduğu Suriyanın şimalındakı Menbiçdən yeni xəbər var. Yerli qaynaqlar Türkiyənin hədəfində olan bölgəyə fransız xüsusi təyinatlı əsgərlərinin də gəldiyini bildirir.
Beləliklə, Türkiyəyə qarşı bölgədə iki NATO ölkəsinin hərbçisi var — ABŞ və Fransanın.
Sputnik Azərbaycan-ın məlumatına görə, ötən həftə Fransa prezidenti Emanuel Makron Menbiçə hərbçi göndərə biləcəyini demişdi. Formal olaraq fransız hərbçiləri bölgəyə İŞİD-ə qarşı döyüşmək üçün gəliblər.