08:08 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Dərman

Böyük təhlükə: Soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürülür

© Sputnik / Mikhail Voskresensky
DÜNYA
Qısa URL
68 0 0

Narkotik alverçilərinin narkotik istehsalında tərkibində psevdoefedrin və efedrin olan tibbi məhsullardan istifadə etməsi Türkiyədə səlahiyyətliləri hərəkətə gətirib

BAKI, 3 aprel — Sputnik. Avropa İttifaqının 2017-ci il narkotik monitorinqi hesabatlarında Çexiyada 263 laboratoriyada soyuqdəyməyə qarşı olan dərmanlardan narkotik emal edildiyi əksini tapıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, narkotiklə mübarizə çərçivəsində Türkiyə də bu ilin 1 iyun tarixindən etibarən içində narkotik istehsalında istifadə edilən psevdoefedrin maddəsi olan soyuqdəyməyə qarşı olan dərmanları nəzarətə götürəcək.

Narkotik alverçilərinin narkotik istehsalında tərkibində psevdoefedrin və efedrin olan tibbi məhsullardan istifadə etməsi Türkiyədə səlahiyyətliləri hərəkətə gətirib. Türkiyənin Səhiyyə Nazirliyi yeni qərarla tərkibində 30 faiz ilə 60 faiz nisbətində psevdoefedrin olan, əksəriyyəti soyuqdəyməyə qarşı olan dərmanları nəzarət edilən dərman kateqoriyasına daxil edəcək. Hansı sıxlıqda bu cür dərmanların istifadə edildiyinə nəzarət olunacaq.

Avropa İttifaqının hesabatında yer alan məlumatlara görə, amfetamin istehsalı Belçika, Hollandiya və Polşada, daha az nisbətdə da Baltik ölkələri ilə Almaniya və Macarıstanda istehsal olunur. Çexiya isə psixotrop maddə olan metamfetaminin mənbəyi sayılır.

Teqlər:
soyuqdəymə, nəzarət, dərman, narkotik

Əsas mövzular