19:58 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
286 0 0

Kasparov iddia edib ki, adətən iri turnirlərin final mərhələsi keçiriləndə, belə boykotların əleyhinə çıxır

BAKI, 31 mart — Sputnik. Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov 2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetində yazıb.

Kasparov iddia edib ki, adətən iri turnirlərin final mərhələsi keçiriləndə, belə boykotların əleyhinə çıxır: “Çünki bu halda ancaq idmançılar cəzalanırlar. Amma mən Moskvadakı siyasi rejimi  və onların düşmən əməllərini siyasi cəhətdən boykot etməyə çağırıram”.

O, “düşmən əməl” dedikdə, Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsini aid etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə siyasi boykota əl ataraq dünya çempionatında iştirak edəcək nümayəndə heyətinin səviyyəsini aşağı salıb. Boykota İslandiya hökuməti də qoşulub və Rusiyaya nümayəndə heyəti göndərməkdən imtina edib. Polşa prezidenti Anjey Duda da açılış mərasimində iştirak etməmək qərarına gəlib. İsveç və Danimarka da boykot qərarını nəzərdən keçirir.

Qeyd edək ki, dünya çempionatı 14 iyundan 15 iyula qədər Rusiyanın 11 şəhərində keçiriləcək.

Teqlər:
Harri Kasparov, boykot, Moskva, futbol

Əsas mövzular

  • Ermənistan ordusuna məxsus PUA

    Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

    73
  • Dağlıq Qarabağ, arxiv şəkli

    "Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

    60
  • Avtomobil tıxacı, arxiv şəkli

    "Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı" - Fazil Mustafa

    70