23:17 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
61 0 0

Rus diplomatları qovan qərb ölkələrinə qarşı yaxın zamanlarda tədbirlər həyata keçiriləcək

BAKI, 31 mart — Sputnik. Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq. Bu, Böyük Britaniyanın bir neçə gün öncə rus diplomatlarını qovmasına cavab olaraq həyata keçiriləcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Britaniyalı diplomatlar ilə rusiyalı diplomatların sayı arasındakı fərq 50 nəfərdir" – deyə Zaxarova qərarı izah edib.

Rusiya Xarici İşlər Nazirliyi bununla kifayətlənməyəcəklərini, rus diplomatlarını qovan qərb ölkələrinə qarşı yaxın zamanlarda daha ciddi tədbirlər həyata keçiriləcəyini açıqlayıb.

Teqlər:
qovulmaq, diplomat, Böyük Britaniya, səfirlik

Əsas mövzular