12:25 25 Aprel 2018
Canlı yayım
Təcili yardım maşını yolda

Bakı-Rostov yolunda dəhşət: Sevgilisinin başını daşla xurd-xəşil etdi - VİDEO

© Sputnik / Наталья Селиверстова
DÜNYA
Qısa URL
118201

Güman edildiyinə görə, hadisə qısqanclıq zəminində baş verib

BAKI, 31 mart — Sputnik. Dağıstanda qısqanc gənc dəhşətli qətl törədib. Sputnik Azərbaycan ren.tv-yə istinadla xəbər verir ki, gənc oğlan sevgilisinin başını daşla əzib. Hadisə kameralar vasitəsilə qeydə alınıb.

Faciə Bakı-Rostov yolunda baş verib. Gənc kişi qadının saçından tutaraq maşından çıxarır və sonra onu təpikləməyə başlayır. Qadın müqavimət göstərmir, sadəcə əlləri ilə başını tutur.

Döyməklə kifayətlənməyən kişi yolun kənarından beton daş parçası götürərək, onu qadının başına çırpır. Zərbədən daş parçalanır. Kişi isə parçaları götürərək, daha bir neçə dəfə qadının başından vurur.

Artıq cinayətkar həbs edilib. Güman edildiyinə görə, hadisə qısqanclıq zəminində baş verib. Cavan oğlan sevgilinin ona xəyanət etdiyindən şübhələnib. 

Teqlər:
Bakı-Rostov, qısqanclıq, ölüm, cinayət

Əsas mövzular