Yunanıstan Türkiyənin əsəbləri ilə oynadı...

© Photo : Hurriyet.com.trYunanıstan Dəniz Qüvvələrinin təlimləri, arxiv şəkli
Yunanıstan Dəniz Qüvvələrinin təlimləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Pirpolitis" adı həmin dövrdə donanmaları yandıran yunan əsgərlərinə verilən ləqəb idi

BAKI, 31 mart — Sputnik. Yunanıstan Dəniz Qüvvələri Komandanlığı dünən 12 adalar bölgəsində və şərqi Ağ dəniz bölgəsində "qəfil müdaxilə" adı altında dəniz təlimi həyata keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunanıstanın təlimə "Pirpolitis" adı verməsi böyük reaksiyaya səbəb olub. Çünki "Pirpolitis" Osmanlı İmperiyasının gəmilərinə hücum edən yunan əsgərlərinin ləqəbidir.

1821-ci ildə Yunanıstanda müstəqillik qiyamları dənizdə və quruda qarşıdurmaların yaşanmasına səbəb olub. Həmin dövrdə Egey dənizində piratların çoxu yunan imiş. Yunan piratlar Osmanlı İmperiyasının donanmasına hücumlar zamanı ciddi zərər verirmişlər. Ən böyük hücum isə 1827-ci ildə Navarin limanında yaşanıb.

Həmin ilin oktyabrın 20-də dəniz quldurları gözlənilmədən Osmanlı–Misir donanmasına hücum edərək, onu yandırıblar. Donanmadakı 60-a qədər gəmi 4 saat içində yanıb. 6 minə yaxın türk və misirli əsgər ölüb,  4 minə yaxın əsgər yaralanıb.

"Pirpolitis" adı həmin dövrdə donanmaları yandıran yunan əsgərlərinə verilən ləqəb idi.

Xəbər lenti
0